Gələcəyinə dəyər qat !
Gələcəyin sənin əlindədir, hər addımınla uğura daha da yaxınlaş!
IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili İmtahanıdır. Ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. Bu proqram mərkəzimizdə tələblərə uyğun olaraq dörd fərqli bacarığın (danışıq, oxu, yazı və dinləmə) inkişafı üçün nəzərdə tutlmuş dərs və təlimlərlə keçirilir. Dərslər təcrübəli və nəticələri yüksək olan müəllimlər tərəfindən tədris edilir. IELTS dərsləri həftədə 3 dəfə 180 dəqiqə olmaqla keçirilir. IELTS proqramı üçün müraciət edən tələbələr ödənişsiz test imtahanından keçməlidir. Bu imtahan 1 saat davam edir və yoxlanış zamanı tələbənin dörd bacarığı test eilir. Daha sonra tələbənin səviyyəsi IELTS proqramına başlamaq üçün uyğun olarsa (Upper İntermediate) tələbə üçün uyğun proqram qurulur. Tələbələr ayda 2 dəfə komputer və kağız üzərində sınaq imtahanında iştirak edir və nəticələrinə əsasən imtahana hazır olduqları zaman real imtahan üçün qeydiyyatdan keçirilir.
TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. Ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Bu proqram mərkəzimizdə tələblərə uyğun olaraq dörd fərqli bacarığın (danışıq, oxu, yazı və dinləmə) inkişafı üçün nəzərdə tutlmuş dərs və təlimlərlə keçirilir. Dərslər təcrübəli və nəticələri yüksək olan müəllimlər tərəfindən tədris edilir. TOEFL dərsləri həftədə 3 dəfə 180 dəqiqə olmaqla keçirilir. TOEFLproqramı üçün müraciət edən tələbələr ödənişsiz test imtahanından keçməlidir. Bu imtahan 1 saat davam edir və yoxlanış zamanı tələbənin dörd bacarığı test eilir. Daha sonra tələbənin səviyyəsi TOEFL proqramına başlamaq üçün uyğun olarsa (Upper İntermediate) tələbə üçün uyğun proqram qurulur. Tələbələr ayda 2 dəfə komputer üzərində sınaq imtahanında iştirak edir və nəticələrinə əsasən imtahana hazır olduqları zaman real imtahan üçün qeydiyyatdan keçirilir.
Kids English dərsləri 5-12 yaşlı məktəbli tələbələr üçün nəzərdə tutulmuş interaktiv ingilis dili dərsləridir. Dərslər tələbələrin ingilis dilində dörd fərqli bacarığının inkişafı üçün nəzərdə tutulmuşdur. Proqrama başlamaq istəyən tələbələr öncəliklə diaqnostik yoxlanışdan keçirilir. Dərslər həftədə 3 dəfə olmaqla 120 dəqiqə olaraq 3-4 nəfərlik qruplarda və ya fərdi şəkildə tədris olunur. Aylıq yoxlanışlar nəticəsində fərqlənən tələbələrimiz xüsusi sertifikatlarla təmin olunur. Əlavə olaraq səviyyəni uöurla bitirmiş tələbələrə sertifikat təqdim edilir.
JEFF Colleges-də Digital SAT dərsləri təcrübəli və yüksək peşəkar müəllimlərimiz tərəfindən keçirilir. SAT hazırlıq proqramımız, tələbələrə test texnikalarını öyrətmək və onların nəticələrini maksimum dərəcədə artırmaq məqsədi daşıyır. Dərslərimiz interaktiv metodlarla, real imtahan şəraitinə uyğun olaraq təşkil edilir. Hər bir tələbənin fərdi ehtiyacları nəzərə alınaraq, onların zəif tərəflərini gücləndirmək və güclü tərəflərini daha da inkişaf etdirmək üçün xüsusi dərs planları hazırlanır. Hər həftə sınaq imtahanları keçirərək, tələbələrimizin inkişafını və hazırlaşma səviyyələrini davamlı olaraq izləyirik. Ayrıca, tələbələrimizə daim motivasiya vermək və onlara psixoloji dəstək göstərmək məqsədilə mütəmadi olaraq mentorluk seansları təşkil olunur. JEFF Colleges ilə, Digital SAT imtahanında uğur qazanmaq üçün lazım olan bütün bilik və bacarıqları əldə edəcəksiniz.
JEFF Colleges Azərbaycandakı şirkət və təşkilatlar üçün korporativ ingilis dili kursları təklif edir. İşgüzar ingilis dilinin öyrənilməsi və işçilərin rahatlıqla gündəlik işlərində tətbiq etməsi məqsədi ilə yaradılmış bu proqram qrupda 3-4 nəfərlik və ya fərdi dərslər ilə tənzimlənir. İlkin olaraq tələbələrin dil bacarıqları yoxlanılır. Dərslər xüsusi olaraq tələbələrin ümumi ingilis dili və terminoloji dil bacarıqlarının artması üçün nəzərdə tutulmuşdur. Proqramın müddəti fərdi yanaşma əsasında təyin edildiyi üçün tələbələrlə hədəflərinə əsaslanan görüşlərdən sonra tənzimlənir. Hər həftə proqres imtahanı nəticələrinə əsaslanaraq proqramda dəyişikliklər edilə bilir
Məktəb dərsəri, əlavə hazırlıqlar və vaxtın düzgün bölünməməsi tələbələrə ev tapşırıqlarını çatdıra bilməməklə nəticələnə bilər. JEFF Colleges təcrübəli müəllim komandası ilə məktəblilərə ev tapşırıqlarını asanlıqla tamamlamaqda köməklik edəcək. Riyaziyyat, elm, ingilis dili və sosial elmləri əhatə edən proqramımıza qoşularaq həm edə bilmədiyiniz tapşırıqları tamamlaya bilərsiniz, həm də sizin üçün qaranlıq qalan mövzuları izahlı şəkildə öyrənə bilərsiniz. Proqram qrup və ya individual şəkildə keçirilir. Proqramın müddəti tələbənin dərslərdəki problemlərindən və vaxt limitindən asılıdır. Buna görə də sizləri ilkin yoxlanışa dəvət edirk.
JEFF Colleges tələbələrə dünyanın ən nüfuzlu universitetlərində yay məktəbi proqramlarına qatılma imkanı təqdim edir. Bu proqramlar tələbələrin həm şəxsi inkişafını təmin edir, həm də ixtisaslarına uyğun dərslərlə biliklərini artırır. Yay məktəbi proqramlarımız tələbələrə müxtəlif ölkələrin akademik mühitini tanıma və fərqli mədəniyyətlərlə əlaqə qurma şansı verir. Tələbələr, seçdikləri ixtisasa uyğun dərslərə qatılaraq, öz sahələrində daha dərin biliklər əldə edirlər. Eyni zamanda, liderlik, qrup işləri və digər şəxsi inkişaf təlimləri ilə öz bacarıqlarını inkişaf etdirirlər. Bu proqramlar tələbələrə qlobal perspektiv qazandıraraq, onların akademik və şəxsi həyatda daha uğurlu olmalarına kömək edir. JEFF Colleges olaraq, tələbələrimizin yay məktəbi təcrübələrinin unudulmaz və faydalı olması üçün hər zaman yanındayıq.
Beynəlxalq İngilis Dili İmtahanıdır. Ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. DUOLINGO – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə ev şəraitində verilməsidir.Bu proqram mərkəzimizdə tələblərə uyğun olaraq dörd fərqli bacarığın (danışıq, oxu, yazı və dinləmə) inkişafı üçün nəzərdə tutlmuş dərs və təlimlərlə keçirilir. Dərslər təcrübəli və nəticələri yüksək olan müəllimlər tərəfindən tədris edilir. DUOLINGO dərsləri həftədə 3 dəfə 180 dəqiqə olmaqla keçirilir. Bu proqram üçün müraciət edən tələbələr ödənişsiz test imtahanından keçməlidir. Bu imtahan 1 saat davam edir və yoxlanış zamanı tələbənin dörd bacarığı test eilir. Daha sonra tələbənin səviyyəsi proqrama başlamaq üçün uyğun olarsa (Upper İntermediate) tələbə üçün uyğun proqram qurulur. Tələbələr ayda 2 dəfə komputer üzərində sınaq imtahanında iştirak edir və nəticələrinə əsasən imtahana hazır olduqları zaman əsas imtahan üçün qeydiyyatdan
Dünyanın ən prestijli universitetlərində təhsil almaq üçün fərdi məsləhət və dəstək xidmətləri göstəririk. Mütəxəssislərimiz universitet seçimi, qəbul prosesi və viza müraciətlərində sizə bələdçilik edirlər. Təhlükəsiz və rahat yaşayış şəraitinin təmin edilməsi üçün yerləşdirmə məsələlərində köməklik göstəririk. Təhsil xərclərini azaltmaq üçün təqaüd imkanları və maliyyə dəstəyi proqramları haqqında məlumat veririk. JEFF Colleges komandası xaricdə təhsil müddəti boyunca hər zaman sizinlədir.
JEFF Colleges olaraq, tələbələrimizin akademik irəliləyişini mütəmadi olaraq izləyir və fərdi yanaşma ilə inkişaf planları hazırlayırıq. Bu monitorinq prosesi, dərs nəticələri və müəllimlərin rəyləri əsasında həyata keçirilir.
JEFF Colleges-də tələbələrimizə və valideynlərimizə hər zaman dəstək olmaq, suallarına operativ şəkildə cavab vermək, və hər bir problemlərinin həllində köməklik göstərmək bizim öncəliyimizdir.
JEFF Colleges-də tələbələrimiz hər həftə xüsusi təhsil portalında nəzarətçinin müşahidəsi altında müstəqil şəkildə imtahan verirlər. İmtahan nəticələri və tələbənin gündəlik performansı valideynlərə xüsusi mobil tətbiq vasitəsilə göndərilir.
JEFF Colleges-də yeni tələbələr üçün ilk mərhələ onların ehtiyaclarını və hədəflərini başa düşməkdən başlayır. Biz hər bir tələbəyə fərdi yanaşma tətbiq edərək, onların akademik və şəxsi inkişafını dəstəkləyəcək təhsil planı hazırlayırıq. İlk dərslərimiz tələbənin bilik səviyyəsini qiymətləndirmək və uyğun tədris metodları ilə tanış etmək üçün nəzərdə tutulmuşdur.
Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today.
Writer Malcolm XThe roots of education are bitter, but the fruit is sweet.
Writer AristotleEducation is not the filling of a pail, but the lighting of a fire.
Writer William Butler Yeats